“Türkiyə modeli bizdə də tətbiq oluna bilər” — Sosioloq

GÜNDƏM 28 noy 2023, 18:42
“Gənc ailələrin sosial müdafiəsi hökmən gücləndirilməlidir. Eyni zamanda üç uşaqlı ailə modelini təşviq etmək lazımdır. Bu sözü 15 ildir deyirəm, indi bəzi deputatlar da bu qənaətə gəliblər. Uşaq təkcə ata-ananın deyil, bu ölkənin övladıdıdır, dövlətin dayağıdır. Ailə siyasətimizi ciddi şəkildə dəyişməliyik. Boşanmalar sürətlə artır. Səbəb odur ki, bu problemlərə elmi tərəfdən yanaşmırıq, sadəcə mülahizələr irəli sürürük”.

Bunu Demokrat.az-a açıqlamasında gənc ailələrə maddi dəstəyin artırılmasının vacibliyindən danışan sosioloq Əhməd Qəşəmoğlu deyib. Onun sözlərinə görə dünya ölkələrinin təcrübələrindən hər zaman istifadə edə bilərik amma bunu birbaşa deyil, təhlillə apararaq tətbiq etməliyik:

“Zəruri araşdırmalar aparandan və konkret yollar göstərdikdən sonra bu təcrübələrdən yararlanmaq olar. Təhlillər, statistikalar və sorğular əsasında faydalı təcrübələrin Azərbaycan modelini hazırlaya bilərik. Türkiyə təcrübəsini müsbət qiymətləndirirəm. Ölkəmizdə də bunun uyğun modelinin tətbiq olunmasının tərəfdarıyam”.

Qeyd edək ki, Türkiyədə gənc ailələrə evlilik kreditinin verilməsi barədə qərar qəbul olunub. Belə ki, ilk dəfə ailə quracaq şəxslərə iki il müddətinə 150 min türk lirəsi məbləğində güzəştli şərtlərlə kredit veriləcək.   

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top