573 miqrant balıqçı gəmisi ilə İtaliyaya gedib

DÜNYA 27 noy 2023, 21:42
Balıqçı gəmisi ilə 573 miqrantın Afrikadan İtaliyanın cənubundakı Lampeduza adasına gəldiyi bildirilib.

Demokrat.az
xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.

Bildirilib ki, İtalyan Sahil Mühafizəsi qrupları Lampedusa ətrafındakı patrul gəmilərinin içərisində 573 nəfərin olduğu balıqçı gəmisinin adaya daxil olduğunu müəyyən edib.

Miqrantlar arasında suriyalı, misirli, banqladeşli, pakistanlı və efiopiyalıların olduğu qeyd edilib.

Həmçinin gəminin Liviyadan yola düşdüyü bildirilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il yanvarın 1-dən noyabrın 27-dək ölkəyə qayıqlarla 151 min 384 qeyri-qanuni mühacir gəlib. Ötən ilin eyni dövründə bu rəqəm 94 min 343 olub.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top