Sabah Bakının bəzi ərazilərində qaz təchizatı məhdudlaşdırılacaq

SƏNAYE VƏ ENERGETİKA 22 noy 2023, 23:59
Sabah Bakının bəzi ərazilərində qaz təchizatı məhdudlaşdırılacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

“Tbilisi prospekti” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar qeyd olunan kəmərdə 23.11.2023-cü il tarixdə saat 09:30-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Bildirilib ki, təmir işləri görülən müddətdə Binəqədi rayonunun 6-cı və 9-cu mikrorayonlarının, "Xutor" yaşayış massivinin, M.Rəsulzadə qəsəbəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top