"Şahdəniz" qazının ixracı 7 faizədək artıb

SƏNAYE VƏ ENERGETİKA 20 noy 2023, 09:56
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 32 963,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Demokrat.az-a verilən məlumata görə, qaz nəqlinin 55,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 18 209,8 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 6,7%-lik artım).

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top