Prezident Ərdoğan Almaniyaya getdi

REGİON 17 noy 2023, 19:07
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfər edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata əsasən, Prezident Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və baş nazir Olaf Şolzla görüşəcək.

Görüşlərdə iki ölkə arasındakı münasibətlər bütün aspektlər üzrə qiymətləndirilməklə yanaşı, aktual qlobal və regional problemlər ətrafında da fikir mübadiləsi aparılacaq. 

Türkiyənin ən böyük ticarət tərəfdaşlarından biri olan Almaniya ilə ticarət həcminin 2022-ci ildəki 45,2 milyard dollardan 2030-cu ildə 50 milyard dollara çatdırılması hədəflənir.

Danışıqlar zamanı müzakirə ediləcək üç kritik mövzudan birincisi İsrailin Qəzzaya getdikcə daha şiddətli hücumları və insan haqlarının pozulması olacaq. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top