ABŞ dövlət katibinin köməkçisi: “Sülh sazişi üçün qarşıdakı həftələr həlledici olacaq”

SİYASƏT 16 noy 2023, 00:15
“Yaxın bir neçə həftə Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması prosesi üçün həlledici olacaq”.

Bu fikri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.

“Növbəti bir neçə həftə tərəflərin niyyətdən razılığa keçməyə hazır olub-olmadığını yoxlamaq üçün həlledici olacaq. Çünki bildiyimiz kimi, danışıqlarda müsbət cavab əldə etmək ən çətin işdir”, - diplomat ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə bildirib.

O, tərəflərin dəfələrlə görüşdüyünü xatırladıb.
“Biz sülh sazişi üzərində işləyirik”, - deyə dövlət katibinin köməkçisi əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top