Sabiq deputata məxsus olduğu bildirilən şirkətə yazılan cərimənin səbəbi açıqlandı — YENİLƏNİB

HADİSƏ 15 noy 2023, 14:25
“Karmen” MMC-dən Pravda.az-a bildirilib ki, məlumat həqiqətəuyğun deyil.

Qeyd: Saytımızda dərc edilən yazı protokola əsaslanır.


***
08:21



“Karmen” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin icraatındadır.

Qeyd: Şirkətin sabiq deputat Əsabil Qasımova məxsus olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top