Paşinyan KTMT-nin sessiyasında iştirak etməyəcək

XARİCİ SİYASƏT 14 noy 2023, 12:02
Ermənistanın baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyasında iştirak etməyəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə N.Paşinyan Belarus lideri Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı deyib.

Onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək sessiyasının təşkili ilə bağlı məsələləri müzakirə edib.

Baş nazir N.Paşinyan Belarus prezidentinə sessiyada iştirak edə bilməyəcəyi barədə məlumat verib və KTMT tərəfdaşlarının bu qərarı anlayacağına ümid etdiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top