10 mərtəbəli ticarət mərkəzi kül oldu — VİDEO

DÜNYA 13 noy 2023, 08:11
Bursanın Özlüce rayonunda Ahmet Taner Kışlalı bulvarında yerləşən 10 mərtəbəli iş mərkəzində yanğın baş verib.

Demokrat.az xəbər verir ki, hadisə biznes mərkəzinin alt mərtəbəsindəki kafedən başlayıb.

Yanğın qısa müddətdə bütün binanı bürüyüb.

33 texnika və 100 nəfərlik canlı qüvvə ilə yanğın söndürülüb.

Yanğında can itkisi olmasa da, yaxınlıqdakı avtomobillər və binadakı ofislər yararsız hala düşüb.

İnsidentlə bağlı araşdırmalar aparılır.
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top