Hakan Fidan: “Qarabağ Azərbaycan bayrağı altında əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır”

GÜNDƏM 08 noy 2023, 22:16
Türkiyənin xarici işlər naziri Hakan Fidan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Bu barədə diplomat sosial şəbəkədə yazıb.

“Can Azərbaycanın 8 Noyabr – Zəfər Gününü ürəkdən təbrik edirəm.

Zəfərin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır.

44 günlük dastansəra mübarizəni zəfərlə taclandıran bütün qəhrəmanlarımızı şükranla, şəhidlərimizi ehtiramla yad edirəm

Qarabağ Azərbaycandır!”, – XİN başçısı qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top