Qırğızıstan Prezidenti Azərbaycan xalqını təbrik edib

GÜNDƏM 03 noy 2023, 11:25
"Azərbaycan xalqını ərazi bütövlüyünün tam təmin olunması münasibəti ilə təbrik edirik".

"Report"un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında deyib.
Dövlət başçısı çıxışında bütün türk dövlətləri ilə əməkdaşlığa maraqlı olduqlarını bildirərək TDT çərçivəsində baş tutan dialoqun inteqrasiya üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib: “Hazırda dünyada böyük transformasiyalar baş verir. Baş verən böhranlara birgə mübarizə aparmaq, həmçinin qarşılaşdığımız çağırışları birgə qarşılamaq üçün bütün imkanlarımız var”.

Bugünkü tədbir çərçivəsində imzalanacaq sənədlərin icrasına Qırğızıstanın da öz töhfəsini verəcəyini vurğulayan S.Japarov bu sənədlərin türk dövlətlərinin çoxşaxəli əməkdaşlığında yeni səhifə açacağına əminliyini bildirib: “Dünyadakı geosiyasi durum qardaş türk xalqlarını iqtisadi potensialının artırılması üçün öz səylərini birləşdirməsini vacib edir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top