Türkiyənin Kocaeli vilayətində yerləşən gübrə fabrikində güclü yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 16:00 radələrində Körfez rayonunun Barbaros rayonunda, gübrə fabrikində naməlum səbəbdən yanğın baş verib. İşçilər vəziyyətlə bağlı yanğınsöndürənlərə məlumat veriblər.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib və alova müdaxilə edilib.
Yanğınla bağlı araşdırmalara başlanılıb.
Aysu
Demokrat.az