"Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır" — Politoloq

GÜNDƏM 30 okt 2023, 19:04
Ermənistanın Baş naziri Nikol Paşinyan 2024-cü ilin büdcəsinin müzakirəsi zamanı Türkiyə ilə sərhədlərin açılması məsələsinə toxunub.

Demokrat.az
xəbər verir ki, o, yaxın vaxtlarda Türkiyə ilə sərhədlərin açılmasına dair razılaşmaların reallaşacağına ümid etdiyini bildirib.

Siyasi şərhçi Turab Rzayev hesab edir ki, Ermənistanla Türkiyə arasında sərhədlərin açılması kifayət qədər realdır:

“Bununla bağlı Ermənistan rəhbərliyi siyasi iradəsini dəfələrlə ortaya qoyub. Paşinyan Tiflisdəki çıxışında da bildirdi ki, Ermənistanın Türkiyə və Azərbaycanla iqtisadi əlaqələr qurmasına ehtiyac var. Türkiyə ilə normallaşma çərçivəsində Ağrı dağı məsələsinin gündəmə gətirilməməsini, soyqırım mövzusunun qabardılmamasını bildirmişdi. Avropa İttifaqında Paşinyan Azərbaycan və Türkiyəni Ermənistanı blokadaya salmaqda ittiham etmişdi. Kommunikasiya xətlərinin, Zəngəzur dəhlizinin açılmas ilə bağlı tələbi Paşinyan yerinə yetirmirdi. Zəngəzur dəhlizinin açılmamasının əsas səbəbi odur ki, üçtərəfli bəyanatın 9-cu maddəsinə görə dəhliz Rusiya sərhəd qoşunlarının nəzarətində olmalıdır. Paşinyan həmin ərazini Rusiyanın nəzarətinə vermək istəmir. Hətta öz ərazisindən Rusiya hərbi bazasını çıxarmaq istəyir.

Düşünürəm ki, Paşinyan tək Türkiyə ilə deyil, Azərbaycanla da sərhədlərin açılması və iqtisadi əlaqələrin bərpasında maraqlıdır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top