"Yaxşılarından iraq, amma qabaq belə bir deyim vardı: “kim ərindən boşanırsa, olur müğənni” İndi bu tendensiya bir az dəyişib. Kim pul qazanmaq eşqinə düşürsə, özünü “psixoloq” elan edir".
Bu barədə tanınmış jurnalist Məhəmmədəli Qəribli açıqlama verib.
Qəribli bildirib ki, bəzən efirlərdə özünü psixoloq elan edən tiplərlə rastlaşırıq:
"Allaha and olsun, həmin adamların özlərinin ciddi psixoloji dəstəyə ehtiyacı var. Mən bir az araşdırmışam, ciddi reklam olunan psixoloqların çoxunun nəinki tibbi, heç normal ali təhsili də yoxdur.
Onların bir çoxu: təyyarə bələdçisi, müəğənni mağazada satıcı vəzifəsini ataraq, heç bir təhsil almadan gəlib, bu peşəyə dürtülüblər. Səhiyyə Nazirliyi təcili şəkildə bu sahədə monitorinq aparmalıdır ki, ölkəni basan bu “psixoloq terrorundan” xilas edək.
Bu adamlar efirlərdən istifadə edərək, cəmiyyətə çox yalnış mesajlar ötürürlər. Eyni zamanda, telekanallar özünü psixoloq kimi təqdim edən şəxslərin əslində kim olduğunu diqqətlə araşdırdıqdan sonra onları efirə buraxmalıdır".