Almaniyada bomba təhlükəsi: Məktəblər boşaldıldı

DÜNYA 24 okt 2023, 18:44
Almaniyada 5 məktəbdə bomba olması ilə bağlı xəbərdarlıq edilib. 

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, ölkənin Bayreuth, Neumarkt in der Oberpfalz, Friedberq, Straubinq və Hollfeld şəhərlərindəki məktəblərə bomba xəbərdarlığı edilib.

Məktəblərdə böyük çaxnaşma yaşanıb, şagirdlər və müəllimlər təxliyə edilib.

Məktəblərdə aparılan axtarışlardan sonra bomba xəbərdarlığının yalan olduğu üzə çıxıb.

Təfərrüatlar araşdırılmağa davam edir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top