Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni səlahiyyət verildi

SƏNAYE VƏ ENERGETİKA 20 okt 2023, 09:19
Nazirlər Kabineti 2 noyabr 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nda dəyişiklik edib.

Demokrat.az
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra ixrac neft boru kəmərlərinin "Mühafizə zonası"nda işlərin aparılmasına icazəni Energetika Nazirliyi ilə yanaşı Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi də verəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top