Mikroavtobus aşdı: Xəsarət alanlar var

HADİSƏ 19 okt 2023, 18:59
Türkiyədə yağışlı hava səbəbindən idarəetmədən çıxan mikroavtobus aşıb.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Van vilayətində baş verib.

Qəzada 2-si ağır olmaqla,14 sərnişin yaralanıb. Yaralılar hadisə yerinə gələn xilasetmə və jandarma qrupları tərəfindən avtomobildən çıxarılıb.

İlkin müdaxilədən sonra yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın təfərrüatları araşdırılır.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top