Azərbaycanın U-21 millisi Lüksemburqu məğlub etdi

İDMAN 17 okt 2023, 20:50
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.

“Report”un məlumatına görə, F qrupunda yer alan yığma Lüksemburqla üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-21 millimiz ilk iki oyunda səfərdə Serbiyaya 0:2, evdə isə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top