Gürcüstandan gətirilən qoyunların sayı 2,8 dəfə artıb — Qiymət 16 faiz ucuzlaşıb

SOSİAL 17 okt 2023, 14:21
Bu ilin ilk 8 ayında Azərbaycana Gürcüstandan 163 min 323 baş qoyun gətirilib.

Yeniavaz.com xəbər verir ki, Gürcüstandan idxal olunan bir baş qoyunun orta qiyməti 74 dollar (126 manat) olub.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Gürcüstandan idxal olunan qoyunların sayı builkindən 2,8 dəfə az olub.

Belə ki, ötən ilin ilk 8 ayında Gürcüstandan Azərbaycana 58 min 915 baş qoyun gətirilib. Ötən il bir baş qoyunun qiyməti builkindən 16% baha - 86 dollar (146 manat) olub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top