Prezident: Azərbaycan hər zaman türkdilli ölkələrin mədəni inteqrasiyasının geniş vüsət almasına çalışıb

GÜNDƏM 15 okt 2023, 21:22
Ortaq türk mirasının qorunması və təbliği ilə bağlı gerçəkləşdirdiyi irimiqyaslı layihələrlə Azərbaycan TÜRKSOY-a hər zaman dəstəyini ifadə edib, türkdilli ölkələrin mədəni inteqrasiyasının geniş vüsət almasına çalışıb.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bunu TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, təşkilatla respublikamız arasında əməkdaşlıq münasibətləri hazırda ən yüksək səviyyədədir: “Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi,

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun və “TÜRKSOY Mədəniyyət Günləri”nin keçirilməsi bu istiqamətdə birgə səylərimizin bariz göstəriciləridir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top