Süni intellekt texnologiya dünyasının ayrılmaz parçasına çevrilib. Keçən əsrin ortalarında əsası qoyulmuş süni intellekt Azərbaycanda da bir çox sahədə öz yerini alıb. Onun tətbiqinin genişləndirilməsi üçün müzakirələr aparılır, araşdırmalar edilir.
Sentyabr ayında İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Dünya İqtisadi Forumu, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti , İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun birgə təşkilatçılığı ilə “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində süni intellekt texnologiyalarının düzgün satınalması və bu texnologiyaların daha geniş yayılmasının təmin edilməsi məqsədilə Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış və Azərbaycan dilinə tərcümə olunmuş “Süni İntellekt Satınalması üzrə Təlimatlar” layihəsinin təqdimatı keçirilib. Tədbirdə süni intellekt və Dördüncü Sənaye İnqilabı texnologiyalarının düzgün satınalması sahəsində mütəxəssislərin təcrübələri öyrənilib. Qeyd edilib ki, iqtisadi artımı dəstəkləmək, sektorların rəqabət qabiliyyətini artırmaq, vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaq və dövlət xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsini təşviq etmək üçün rəqəmsal texnologiyadan istifadə zəruridir.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) keçirdiyi “4SİM Talks” adlı silsilə tədbirlər də bu qəbildəndir. Məqsəd universitetlər, dövlət və özəl sektor nümayəndələri arasında süni intellekt, əşyaların interneti, böyük verilənlər bazası, bulud texnologiyası, blokçeyn, 3D çap, virtual və artırılmış reallıq kimi 4-cü Sənaye İnqilabı texnologiyaları sahəsi üzrə maarifləndirməni artırmaq və karyerasını bu sahə üzrə davam etdirmək istəyən universitet tələbələri üçün uğurlu yol xəritəsini yaratmaqda kömək etməkdir.
“4SİM Talks” adlı silsilə tədbirlərin ilk sessiyası Bakı Ali Neft məktəbində keçirilib. Tədbirdə BANM-in rektoru Elmar Qasımov günümüzdə süni intellekt texnologiyalarının tətbiqinin vacibliyini vurğulayaraq qeyd edib ki, Bakı Ali Neft Məktəbində bu istiqamətdə mühüm işlər aparılır və yaxın gələcəkdə Ali Məktəbdə süni intellekt ixtisası, eyni zamanda Süni İntellekt Mərkəzi yaradılması planlaşdırılır. Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi sahəsində maarifləndirməni artırmaq məqsədi ilə “4SİM Talks” adlı silsilə tədbirlərin mütəmadi olaraq müxtəlif auditoriyalarda təşkil olunması nəzərdə tutulur.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Demokrat.az-a deyib ki, bu gün süni intellektdən bir çox sahələrdə istifadə olunur:

“Məsələn, təhsil sahəsində süni intellekt həm müəllim, həm şagird rolunu oynaya, həm də onlara köməkçi vasitə qismində çıxış edə bilər. Süni intellekt öyrənən alqoritmdir. Dünyanın iri şirkətləri, holdinqlər süni intellekti bir çox istiqamətdə inkişaf etdirirlər. “Bosch”, “Siemens” və digər böyük brendlər süni intellekti “call center” yönündə inkişaf etdirirlər. Onlara gələn sualların cavabları süni intellektə bir növ öyrədilir. Deyək ki, insan hər hansı bir ixtisasa yiyələnir və o istiqamətdə özünü inkişaf etdirir, iş tapır. Süni intellektdə də eyni yanaşmadır. Onu hansısa istiqamət, peşə üzrə və ya lazımlı bir iş üzrə inkişaf etdirirsiniz, öyrədirsiniz, o da qarşılığında suallara cavab verir, həmin sahəyə töhfə verir. Süni intellektə yanaşma Azərbaycanda doğru mənimsənilməyib. Necə ki, modemin də, provayderin də, fiberoptikin də, kompüterin də probleminə “internetdə problem var, internet işləmir” deyirik. Hər şeyi bir ad altında ümumiləşdirmək inkişafın qarşısını alır. Süni intellektin mənasına tam aydınlıq gətirmədən onun geniş tətbiqinə nail olmaq olmaz. İnsanlar düşünür ki, süni intellekt hər şeyi həll edən bir texnologiyadır. Hər sektor öz fəaliyyət istiqamətinə uyğun süni intellekti ixtisaslaşdırır. Bir şirkətin “call center” üzrə ixtisaslaşdırdığı süni intellekti digər bir şirkət istifadə edə bilməz. Çünki o həmin suallara, problemlərə görə cavab axtarır, digər məsələlərdən xəbərsizdir. Süni intellekt “hər şeysünas” olmur”.
ADA Universitetinin müəllimi, süni intellekt üzrə mütəxəssis Samir Rüstəmov isə sayta açıqlamasında süni intellektin gələcəkdə bir çox iş yerlərini əvəz edəcəyini istisna etməyib:

“Bu, qaçılmazdır. Süni intellekt daha az intellektin tələb olunduğu və ya rutin təşkil edən iş sahələrini əvəz edəcək. Məsələn, böyük şirkətlərin məlumat mərkəzlərinə gün ərzində çox sayda zəng daxil olur. Bu zənglərin əksəriyyəti təkrar suallardan ibarət olur. Artıq bir çox şirkətlərdə təkrar sualları cavablamaq üçün süni intellektdən istifadə edilir. Əvvəllər bu zənglərə cavab vermək üçün daha çox operator tələb olunurdusa, süni intellektin tətbiqindən sonra işçilərin sayı azalır. Lakin keyfiyyət artır. Artıq gələcəkdə iş saatları da azala bilər, çünki işin müyyən qismini süni intellekt görəcək. Süni intellektin əmək bazarına təsirini keyfiyyətin artması, kəmiyyətin azalması kimi şərh etmək olar.
Süni intellektin mənfi tərəflərindən biri odur ki, bu alqoritm insanlarda asılılıq yaradır, xüsusilə, sosial şəbəkələrə, texnologiyaya bağlılıq kimi. Süni intellekt sanki insanı izləyir, şəxsi məlumatların digərləri tərəfindən istifadəsinə şərait yaradır. Düşünürəm ki, yeni texnologiyaların yaxşı tərəfləri daha çoxdur. İnsan süni intellekti idarə etməyə çalışsa, onun faydalarından yararlansa, hərtərəfli qazanc əldə edə bilər. Fikrincə, süni intellekt insana həm də dəyər verir”.
Törə Zeynallı
Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda yayımlanır.