Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır.
Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, saatlıq minimum əməkhaqqı praktikası bir sıra ölkələrdə tətbiq olunur:

“Nəzərə alsaq ki, Azərbaycanda da bununla bağlı xeyli vaxtdır müzakirələr gedir. Bütövlükdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də bu praktikanın araşdırılması və tətbiqi imkanlarının müzakirə olunduğu bildirilmişdir. Saatlıq minimum əməkhaqqının tətbiq edilməsi bir tərəfdən vətəndaşlarımız üçün bütövlükdə bir neçə yerdə işləmək baxımından vacibdir. Çünki bu, vətəndaşlarımızın bir neçə iş yerində çalışmasına və daha yüksək əməkhaqqı almasına gətirib çıxara bilər. Nəticə etibarilə, saatlıq minimum əməkhaqqının tətbiq edildiyi ölkələrin praktikası göstərir ki, bu, bütövlükdə işləyən vətəndaşların əməkhaqlarının artmasına təsir göstərir”.
Deputat əlavə edib ki, xüsusən də əmək müqaviləsi ilə çalışan vətəndaşların maaşlarına müsbət təsir edir:
“Digər tərəfdən, bu həm həftə sonları, həm də iş saatlarından sonra o cümlədən bayram günlərində işləyən vətəndaşların daha yüksək tariflə maaş almalarına və nəticə etibarilə onların gəlirlərinin artmasına gətirib çıxarır. Bu, eyni zamanda işçilərin sosial hüquqlarının qorunması baxımından da vacibdir. Çünki çalışılan hər saata görə əməkhaqqı ödənilməsi anlamına gəlir”.
Leyla Turan
Demokrat.az