Salyanda Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının iclas zalında keçirilən hesabat yığıncağında Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Respublika Ağsaqqallar Şurası sədr müavini, akademik Abel Məhərrəmov, Şuranın Aparat rəhbəri Ramin Həsənli, şura üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yığıncaq iştirakçıları öncə Salyan şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.
Yığıncağda RİH başçısı Rüstəm Xəlilov müstəqil dövlətimizin inkişaf edib möhkəmlənməsində ağsaqqalların əvəzsiz xidmətlərindən söz açaraq, rayonumuzun daha da inkişaf etdirilməsinə, ölkə başçısının respublikada həyata keçirdiyi abadlıq-quruculuq və yenidənqurma işlərində rayon ağsaqqallarının hər zaman töhfə verəcəklərinə əmin olduğunu diqqətə çatdırıb. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan icra başçısı bildirib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub.
Sonra Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmov çıxış edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb.
Rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayevin hesabat məruzəsi ilə çıxış edərək, ağsaqqalların rayondakı ictimai fəaliyyətindən, rayon gəncləri ilə keçirdikləri tövsiyə xarakterli görüşlərdən danışaraq, ölkənin siyasi həyatında ağsaqqalların da yaxından iştirak etdiklərini qeyd edib və şuranın illik hesabatını təqdim edib. Yığıncağın sonunda Məhəmməd Ağayev Rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir. Yığıncağın sonunda Məhəmməd Ağayev Rayon Ağsaqqallar Şurasının sədri seçil.
Sonda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib, əminliklə bildirib ki, Rayon Ağsaqallar Şurası öz fəaliyyətini bundan sonra daha səmərəli və effektiv quracaqdır.