İtaliyalı parlamentarilər Ağdama gəliblər

XARİCİ SİYASƏT 01 may 2025, 14:53
İtaliya Parlamentinin İtaliya-Azərbaycan üzrə dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Ağdama gəliblər.

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyəti hazırda Ağdam şəhərində İmarət kompleksi ilə tanış olurlar.

İtaliyalı parlamentarilərin Ağdamdan sonra Şuşa və Xankəndiyə də səfəri nəzərdə tutulur.

Qonaqları Milli Məclisin deputatı Azər Kərimli müşayiət edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top