İlahiyyatçı Elşad Miri “Baku TV”nin efirində Milli Məclisin deputatı Ceyhun Məmmədovla debatından sonra yaranan müzakirələrə aydınlıq gətirib.
Bu barədə Pravda.az-a danışan Elşad Miri deyib ki, onun ən böyük tərəfdarı millət vəkili Ceyhun Məmmədovdur.
“Mənim ən böyük tərəfdarım hörmətli deputatımız Ceyhun Məmmədovdur. Suriyada dini təhsil almış Ceyhun Məmmədov iddia edir ki, dinlə bağlı mənim səsləndirdiyim fikirləri dəstəkləyənlər dindən xəbəri olmayanlardır. Burdan da aydın olur ki, məni dəstəkləyənlərin biri də məhz Ceyhun müəllimdir. Son açıqlamaları göstərir ki, deputatımız siyasətlə daha çox məşğul olduğuna görə gerçək İslamın mahiyyətindən xəbəri yoxdur. Lakin vaxtını Allahın dinini öyrənməyə həsr etsə, inanıram ki, daha çox həqiqətləri öyrənəcək və özü mənim dediklərimi Milli Məclisdə səsləndirəcək...”, - o bildirib.
Xatırlatma: Milli Məclisin deputatı Ceyhun Məmmədov saytımıza açıqlamasında “Elşad Mirinin açıqlamaları ilə bağlı həyəcan təbili də əbəs yerə deyil, dindən anlayışı olmayan insanlar Elşad Miri kimi populist yanaşanları açıq-aydın dəstəkləyirlər” deyib. Bu açıqlama Elşad Mirinin narazılığına səbəb olub.