QHT-lərə Dövlət Dəstəyi Agentliyi auditor seçib

İQTİSADİYYAT 01 may 2025, 12:34
Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Demokrat.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi "Abacus Audit And Consulting" MMC-dir.

Qalib şirkətə 20 min manat ödəniləcək.

Ötən il bu sorğunun qalibi "Baker Tilly Audit Azərbaycan" QSC olub. Şirkətə 49 min manat ödənilib. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2025, 18:52
Top