Yeni müharibə başlayır? — AÇIQLAMA

DÜNYA 01 may 2025, 12:40
Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif hesab edir ki, Hindistanla 2-4 gün ərzində müharibə təhlükəsi var.

Bu barədə siyasi şərhçi Əziz Əlibəyli  Demokrat.az-a açıqlama verib.

O bildirib ki, hazırda son dərəcə ciddi silahlanma gedir:

“Sərhəd xəttində xüsusi texnikalar yerləşdirilir. İsrailin Hindistana, Türkiyənin Pakistana yardımı növbəti bir ciddi qarşıdurmanın baş verməsinə zəmin yaradır. Çinin Amerikanın proksi qüvvələri kimi çıxış etməsi hər iki tərəfdə müşahidə olunmaqdadır. Ona görə proseslər inanılmaz bir məcraya daxil olur, demək olmaz. Əsasən, gözlənilən bir məcraya daxil olur. Çünki qarşısının alınmayacağı prosesə daxil oluruq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top