HƏMAS-ın hücumu nəticəsində 9 ABŞ vətəndaşı həyatını itirib

DÜNYA 09 okt 2023, 19:27
HƏMAS-ın hücumunda 9 ABŞ vətəndaşının həyatını itirdiyi təsdiqlənib.

Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin Mətbuat katibi Metyu Miller açıqlama verib.

Onun sözlərinə görə, ABŞ münaqişə zonasındakı vəziyyəti yaxından izləməyə davam edir:

"Vəziyyəti yaxından izləməyə davam edirik. Baş verənlər hər kəs üçün çox çətindir. Hazırda 9 ABŞ vətəndaşının həyatını itirdiyi təsdiqlənib. Bölgədə olan vətəndaşlarımız üçün İsrailli tərəfdaşlarımızla yaxından işləməyə davam edirik".

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top