Ukrayna ilə Rusiya arasında əsgər cəsədləri dəyişdirildi

DÜNYA 06 okt 2023, 20:28
Ukrayna ilə Rusiya arasında müharibədə həyatını itirən əsgərlərin cəsəd mübadiləsi davam edir.

Demokrat.az
xəbər verir ki, bu barədə Ukrayna Müharibə Məhbuslarının Müalicə Koordinasiya Qərargahından verilən yazılı açıqlamada bildirilib.

Açıqlamaya görə, daha 64 əsgərin cəsədi Ukraynaya təhvil verilib. 

Rusiya Əsgər meyitlərinin də qarşı tərəfə çatdırıldığı qeyd edilib.

Rusiya parlamentinin aşağı palatası Duma da Rusiyanın 60 əsgər cəsədini qəbul etdiyini açıqlayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top