Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salıb

GÜNDƏM 30 sen 2023, 19:13
Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndinə göndərilib.

Təcili Tibbi Yardım briqadası Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Qeyd edək ki, lokal xarakterli antiterror tədbirindən sonra Qarabağda yaşayan erməni sakinlərinin ehtiyaclarını ödəmək məqsədilə yanacaq, ərzaq və digər təminatlarla yanaşı əhalinin zəruri Tibbi ehtiyaclarının ödənilməsi işləri də diqqətdə saxlanılır. 30 sentyabr tarixində yola salınan təcili tibbi yardım briqdasının göndərilməsi də bu məqsədlə həyata keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top