Kriminal

Bakıda kişi bibisi oğlunu kürəyindən bıçaqladı — TƏFƏRRÜAT

Bakıda kişi bibisi oğlunu kürəyindən bıçaqladı — TƏFƏRRÜAT

Bakının Suraxanı rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan 1971-ci il təvəllüdlü Yalçın Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mahirə Kərimovanın icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü Hacıyev Yalçın Yaşar oğlu Suraxanı rayonun Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi 65 ünvanında bibisi oğlu, 1966-cı il təvəllüdlü Yaqubov Elşən Kamil oğlu ilə aralarında yaranmış mübahisə zamanı evin mətbəxindən götürdüyü bıçaqla sonuncuya qarın və kürək nahiyyəsindən bıçaqlayıb.

Yalçın Həsənovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova