Bayramov latviyalı həmkarı ilə regionda baş verən son hadisələri müzakirə etdi

XARİCİ SİYASƏT 20 sen 2023, 20:44
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində latviyalı həmkarı Krisjanis Karins ilə görüşüb.

Demokrat.az
xəbər verir ki, bu barədə XİN başçısı "X" hesabında məlumat yayıb.

“Qarşılıqlı fikir mübadiləsi aparıldı. Biz əməkdaşlıq perspektivlərini və regionda baş verən son hadisələri müzakirə etdik.

Münaqişədən sonrakı sülh prosesinə və erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyasına sadiqliyimizi bir daha təkrarladıq”, - deyə C.Bayramov qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top