Çanaqqalada 42 qeyri-qanuni miqrant tutuldu

DÜNYA 19 sentyabr 2023, 18:38
Çanaqqalada əfqan əsilli 42 qeyri-qanuni miqrant və 2 təşkilatçı saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Jandarma Komandirliyi məlumat yayıb.

Məlumata əsasən, əməliyyat zamanı 11 kişi, 10 qadın, 12 oğlan və 9 qız saxlanılıb.

Bununla yanaşı onları ölkəyə gətirilən 2 vasitəçi ələ keçirilib.

Hadisə zamanı istifadə edilən avtomobil müsadirə edilərək dayanacağa aparılıb.

Qeyd edək ki, saxlanılan təşkilatçılarla bağlı araşdırmalar davam etdirilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 may 2025, 10:40
Top