Çanaqqalada əfqan əsilli 42 qeyri-qanuni miqrant və 2 təşkilatçı saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Jandarma Komandirliyi məlumat yayıb.
Məlumata əsasən, əməliyyat zamanı 11 kişi, 10 qadın, 12 oğlan və 9 qız saxlanılıb.
Bununla yanaşı onları ölkəyə gətirilən 2 vasitəçi ələ keçirilib.
Hadisə zamanı istifadə edilən avtomobil müsadirə edilərək dayanacağa aparılıb.
Qeyd edək ki, saxlanılan təşkilatçılarla bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


