Azərbaycanın Livandakı Səfirliyi qarşısında 50-yə yaxın erməni əsilli şəxs aksiya keçirib, binaya ziyan vurublar.
Azərbaycan Qarabağdakı erməni əhaliyə humanitar yardım göndərir, onları birgə yaşayışa dəvət edir, Ermənistanla sülh müqaviləsi imzalamaq istəyir, amma müxtəlif ölkələrdə yaşayan ermənilər hər fürsətdə azərbaycanlılara, səfirliklərə qarşı terrorçu hərəkətlər edirlər.
“Səfirliklərimizə edilən hücumlar Vyana Konvensiyası və digər beynəlxalq qanunların kobud şəkildə pozulmasıdır. Hazırda Livanda erməni icmasının kifayət qədər güclü dayaqları var, sayları çoxdur. Beyrutda ermənilərə məxsus kilsə icması mövcuddur. Onu da qeyd etmək lazımdır ki, Livanda uzun müddət erməni terror təşkilatı ASALA kök salıb və fəaliyyət göstərib”.
Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib. O bildirib ki, Azərbaycan maksimum dərəcədə şəffaqlıq və güzəştlərlə məsələni beynəlxalq hüquq çərçivəsində həll etməyə çalışır:
“Ermənilər Laçın yolundan rahatlıqla gəlib, gedə bilirlər. Paralel olaraq humanitar yardım üçün Ağdam – Xankəndi yolunu təklif etmişik. Qızıl Aypara Cəmiyyəti də yardımlarını əsirgəmədi. Lakin hər vəchlə bunlardan imtina edən ermənilər beynəlxalq aləmin fikrini yayındırmağa, manipulyasiya etməyə çalışırlar”.

Politoloq hesab edir ki, bu, ermənilərin son çırpınışlarıdır:
“Nəticə etibarilə, Azərbaycan tərəfi bir müddət də proseslərə təmkinlə yanaşacaq, lakin məsələ dərinləşsə, başqa vasitələrə də əl atıla bilər. İlkin olaraq kiçik miqyasda anti-terror əməliyyatları, daha sonra isə böyük əməliyyatlar keçirilə bilər. Təbii ki, bu, vəziyyətdən asılı olaraq dəyişəcək. Erməni icması danışıqlara razı olsa, reinteqrasiyanı qəbul etsə, silahlar kənara qoyula bilər”.
Törə Zeynallı
Demokrat.az