Dekabrın 15-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin növbəti XVI qurultayı keçiriləcək.
Qurultayda dövlət rəsmiləri və hökumət nümayəndələri, deputatlar, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak edəcəklər. Tədbirdə ümumilikdə 1700-ə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub.
Demokrat.az-a açıqlama verən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov hesab edir ki, qurultayda təkcə nailiyyətlər deyil, mövcud çətinliklər, problemlər ətrafında da fikir mübadiləsi aparılacaq:

“Bu qurultay eyni zamanda gələcəklə bağlı planların hazırlanması istiqamətində faydalı platforma rolunu oynayacaq. Sonucu qurultaydan sonrakı müddət ərzində təhsil sistemində bir sıra dəyişikliklər, islahatlar həyata keçirildi, yeniliklər oldu. Vacib məqamlardan biri də odur ki, qarşıda bizi gözləyən qurultayda cənab Prezidentin sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində təhsil sistemi qarşısında duran vəzifələr müəyyənləşdiriləcək. Düşünürəm ki, bu mühüm tədbir yeni çağırışlardan irəli gələn standartların tətbiqini reallaşdırmaq üçün də polemika meydanına çevriləcək”.
Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir.
Törə Zeynallı
Demokrat.az