Rumıniya sahillərində dəniz minası partladı

DÜNYA 15 avq 2023, 19:14
Rumıniyanın Qara dəniz sahillərində dəniz minası partlayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Rumıniya Milli Xəbər Agentliyi (AGERPRES) məlumat yayıb.

Məlumata görə, hadisə Qara dəniz sahilində, bağ evləri və otellərin də olduğu Kostineşti şəhəri yaxınlığında baş verib.

Partlayış nəticəsində ölən və yaralananların olmadığı, eyni zamanda yeri müəyyən edilən ikinci minanın da məhv edildiyi bildirilib.

Qeyd edək ki, Hərbi Dəniz Qüvvələri gəmilərin təhlükəsizliyini təmin etmək və qəzaların qarşısını almaq üçün minalara qarşı əlavə tədbirlər görüldüyünü açıqlayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top