“İkinci Pablo Eskobar” adlanan narkobarona 45 il həbs cəzası verildi — FOTO

DÜNYA 09 avq 2023, 10:23
Nyu-York məhkəməsi Kolumbiyanın “körfəz klanı” adlı narkotik kartelinin keçmiş rəhbəri “Otoniel” ləqəbli Dairo Usuqu 45 il müddətinə azadlıqdan məhrum edib.

Azpost.info bildirir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Dairo Usuqu Kolumbiyanın ən çox axtarılan narkobaronudur. Kolumbiya prezidenti İvan Duke onu narkobaron Pablo Eskobarla müqayisə edib.

“Bruklin federal məhkəməsində rayon hakimi Dora İrizarri narkotik alveri ilə məşğul olan və hərbiləşdirilmiş qrupun lideri kimi cinayət fəaliyyətinə görə Othoniel də daxil olmaqla müxtəlif ləqəblərlə tanınan Kolumbiya vətəndaşı Dairo Antonio Usugu Davaidi 45 il həbs cəzasına məhkum etdi” – deyə ABŞ Ədliyyə Nazirliyi bildirib.

Məhkəmə həmçinin Dairo Usuqanı narkotiklə əlaqəli daha iki cinayətdə də təqsirli bilib. Hər bir cinayətə görə o, 45 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin narkobaronu 216 milyon dollar ödəməyə məcbur edib.

“Körfəz Klanı”nın rəhbəri 2021-ci ilin oktyabrında saxlanılıb. Ötən ilin mayında ABŞ-a təhvil verilib. O, 2023-cü ilin yanvarında hər üç ittiham üzrə özünü təqsirli bilib. 1200 kolumbiyalı polis 2015-ci ildən bəri narkobaronu axtarıb. Elə həmin il Kolumbiyada onun axtarışı üçün aparılan əməliyyatda iştirak edən polislərin olduğu helikopter qəzaya uğrayıb, 18 nəfər ölüb.

“Körfəz Klanı” karteli Kolumbiya hakimiyyəti tərəfindən ölkənin ən güclü cinayətkar qruplaşması adlandırılıb. O, “ağır silahlara malik son dərəcə qəddar” qruplaşma kimi təsvir edilib. Kartel üzvləri narkotik qaçaqmalçılığı, insan alveri, qeyri-qanuni qızıl hasilatı ilə məşğul olur. “Körfəz Klanı” Rusiya da daxil olmaqla bir çox narkotik marşrutlarına nəzarət edirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top