Biləsuvarda qəza: yaralanan var

HADİSƏ 06 avq 2023, 00:04
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.

Belə ki, VAZ 2107 ilə VAZ 2105 markalı minik avtomobillərinin toqquşması nəticəsində Mirzə Adışlı xəsarət alıb.

Yaralı rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top