Səlcuq Bayraktar Pakistanla yeni əməkdaşlıq müqaviləsi imzaladı

DÜNYA 05 avq 2023, 22:05
Pakistanın Ravalpindi şəhərində Milli Aerokosmik Elm və Texnologiya Parkının (NASTP) rəsmi açılışı olub.

Mərasimdə Pakistan Baş naziri Şahbaz Şərif və “Baykar” İdarə Heyətinin sədri Səlcuq Bayraktar da iştirak ediblər.

Açılış proqramından sonra “Baykar” və NASTP arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Müqaviləni Səlcuk Bayraktar və NASTP komandiri general-leytenant Qulam Abbas Qumman imzalayıb.

Səlcuq Bayraktar həmçinin Pakistanın baş naziri Şahbaz Şərif, Baş Qərargah rəisi, general Seyid Asim Munir Əhməd Şah və Hərbi Hava Qüvvələri Komandanı, general Zaher Əhməd Babur Sidhu ilə də görüşlər keçirib.

Bildirilib ki, “Baykar” şirkəti Pakistanın aerokosmik sisteminə öz töhfəsini verməkdə davam edəcək. Beləliklə, Türkiyə ilə Pakistan arasında əsrlər boyu mövcud olan möhkəm bağlar yüksək texnologiya ilə daha da möhkəm şəkildə gələcəyə daşınacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top