Rusiyada qasırğa nəticəsində 9 nəfər ölüb, 67 nəfər yaralanıb

REGİON 30 iyul 2023, 09:35
Rusiyanın Volqa federal dairəsində qasırğa olub.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Əlverişsiz hava 9 nəfərin həlak olmasına, 67 nəfərin isə yaralanmasına səbəb olub.

Qeyd olunur ki, Volqa Federal Dairəsinin səkkiz subyektində - Mari El, Çuvaş Respublikası, Nijni Novqorod, Penza, Ulyanovsk, Kirov və Samara vilayətlərində küləyin sürəti 27 m/san olub.

Bundan əvvəl Mari Eldə qasırğa zamanı ağacların aşması nəticəsində 7 nəfər həlak olub.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 oktyabr 2025, 19:39
21 oktyabr 2025, 18:34
Top