Uşaqlar gələcəyimizdir. Cəmiyyətin sağlam dayaqlar üzərində durması, ölkənin, dövlətin dünya arenasında uğur qazanması, tanınması, tanıdılması, haqqında müsbət imic formalaşmasında yeni doğulan hər bir körpənin gələcək tərbiyəsinin, təhsilinin, dünya görüşünün, layiqli vətəndaş kimi yetişməsinin danılmaz rolu var.
Deməli, hər bir uşağın şəxsiyyət kimi formalaşmasında, dəyərlərə sahib olmasında, cəmiyyətə faydalı insan kimi böyüməsində dövlətin üzərinə böyük məsuliyyət düşür.
Hər bir uşağın düzgün tərbiyəsi alması, təhsilli olması, savadlı kadr kimi yetişməsi dövlətin prioritetlərindəndir. Nelson Mandela deyirdi ki, təhsil dünyanı dəyişmək üçün istifadə edilə biləcək ən güclü silahdır. Dövr müasirləşdikcə, dünya qabaqcıl texnologiyalarla yeni inkişaf səviyyəsinə keçid etdikcə, insanlar kəşf etdikcə, qurub yaratdıqca təhsilin nə qədər güclü bir silah olduğu gün kimi aydın olur.

Uşaqların məktəbdən universitetlərə, şagirddən tələbəyə, gələcəkdə elmi dərəcələrə qədər uzanan və əslində sonu olmayan təhsil həyatları bağçadan başlayır. Bağçalar təlim, tərbiyə ilə bərabər həm də uşağın sosiallaşdığı, yaşıdları ilə bərabər vaxt keçirdiyi, bacarığını üzə çıxardığı, fantaziyasının, düşüncə, idrak qabiliyyətinin formalaşdığı yerdir.
Bağçanın daha bir funksiyası da uşaqlarda milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin formalaşdırılması olmalıdır. Uşaqlara bağçalarda bu istiqamətdə də bilgilər verilməli, onlarda milli dəyərlərimizə sevgi aşılanmalıdır. Bağça azyaşlının tək vaxtını keçirdiyi, oynadığı, əyləndiyi yer deyil, onun uğurlu gələcəyə addım atmasında rolu olan bir müəssisədir. Uğurlu gələcəksə bilik və savadla bərabər, həm də milli dəyərlərə sevgi, hörmət üzərində qurulur.
Bu gün ölkəmizdə həm dövlət, həm də özəl məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir. Artıq bağçalara qəbul başlayıb. Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2023-2024-cü tədris ili üçün məktəbəqədər müəssisələrinə 25 iyul tarixindən başlayan qəbul sentyabrın 1-dək davam edəcək.
Bu müddət ərzində valideynləri mühüm bir sual maraqlandırır. Uşağı hansı bağçaya qoyaq – dövlət, yoxsa özəl?

Ölkədə özəl bağçaların sayı artıb. Hər binanın altında, hər məhəllədə müxtəlif adlarda özəl bağçalar görürük. Təxminən 15 il əvvələ qədər onların sayı belə çox deyildi. Özəl müəssisələrin artması bir çox valideyndə övladını bu kateqoriyadan olan bağçalara yazdırmaq istəyini də artırıb. Qiymətlərsə çoxunun cibinə uyğun deyil. Dövlət bağçalarındakı keyfiyyət də valideynləri qane etmir.
Təhsil eksperti Kamran Əsədov Demokrat.az-a açıqlamasında dövlət və özəl məktəbəqədər təhsil müəssisələri arasındakı fərqləri izah edib. Bağçaların uşaqların təlim-tərbiyəsindəki əhəmiyyətindən danışan ekspert bildirib ki, bağçaya gedən uşaqlar məktəbə daha asan və tez uyğunlaşır, təhsildəki nəticələri daha üstün olur.
“Müstəqillikdən sonra dövlət uşaq bağçalarının özəlləşdirilməsi, fəaliyyətini dayandırması və infrastrukturdakı geriləmələr valideynləri özəl bağçalara üz tutmağa məcbur etdi.
Hazırda Azərbaycanda 1656 dövlət (717 kənd, 939 şəhər), 96 qeyri-dövlət (95 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Hər yaş dövrünün özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional cəhətləri var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır. Amma 1656 dövlət uşaq bağçası cəmi 123 min uşağı qəbul etmək imkanına malikdir ki, bu da bağça yaşlı uşaqların cəmi 25 faizi deməkdir. Ona görə də son illərdə sürətlə özəl uşaq bağçalarının sayı artıb”.
K.Əsədov qeyd edib ki, Azərbaycanda uşaqların bağçaya qoyulması üzrə göstərici dünyanın aparıcı dövlətlərilə müqayisədə çox aşağıdır. Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində uşaqların ancaq 25 faizi məktəbə bağçalardan gəlir.

“Təəssüflər olsun ki, maddi-texniki baza, binalar bəs eləmir ki, digər 75 faiz bağçalara aparılsın. Dünya təcrübəsinə əsasən onu qeyd edim ki, Amerika Birləşmiş Ştatlarını götürsək, orada bağçaların 80 faizi özəldir. Həmin bağçalardakı şərait dövlət məktəbəqədər müəssisələrindən daha yaxşıdır. Dövlətin üzərinə az yük düşür”.
Ekspert bağçalarda uşaqların qidalanma normasından da danışıb. Belə ki, ölkədə dövlət bağçalarında bir uşağın bir günlük qidalanmasına 5 manat 70 qəpik vəsait ayrılır.
“Normativə görə, bir körpəyə gün ərzində 120 qram çörək, 37 qram yarma və bu minvalla digər ərzaq komponentləri verilə bilər. Sözsüz ki, bu, uşaqların normal qidalanması üçün yetərli ola bilməz. Düşünürəm ki, meyvə, şirə, çörək, ət, tərəvəz, süd və s. məhsullar üzrə normalar artırılmalıdır. Bundan başqa, menyuda əti əvəz edən məhsullar, məsələn, lobya, mərci və s. də olmalıdır. Eyni zamanda, menyu yeknəsəq olmamalı, elə ardıcıllıq qurulmalıdır ki, uşaqlar lazımi kalorini ala bilsinlər”.
Dövlət uşaq bağçalarında qidalanmanın aşağı səviyyədə olduğunu deyən K.Əsədovun sözlərinə görə özəl bağçalarda aylıq ödənişlər sahibkarların öz şəxsi qərarları əsasında tənzimlənir.
“Yəni müəssisənin sahibi göstərdiyi xidmətə qiymət biçməkdə sərbəstdir. Ona lisenziya verən Elm və Təhsil Nazirliyi də bu məsələyə qarışmır. Sahibkar da hesab edir ki, göstərdiyi xidmət, müəssisədə yaradılan maddi-texniki baza aylıq ödənişdə öz əksini tapmalıdır ki, yatırdığı sərmayəni götürə bilsin”.
Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, dövlət bağçalarının keyfiyyəti əhalini qane etmir.
O, Demokrat.az-a açıqlamasında bildirib ki, özəl bağçalara ödəniş etmək imkanında olan ailələrin sayı da artıb. Ona görə də əvvəlki illərlə müqayisədə indi uşağını özəl bağçalara yazdıranlar daha çoxdur.
“Düzdür, ara-sıra xəbərlərdə görürük ki, özəl bağçalarda uşaqlara qarşı kobud davranırlar, şiddət halları olur. İnsanların çox vaxt bu hadisələrdən xəbəri olmur. Həm də düşünürlər ki, əgər hər hansı xidmətə görə pul ödəyirlərsə, orada keyfiyyət yüksək olacaq”.

Sosioloq hesab edir ki, bəzi özəl bağçalarda neqativ hallar yaşansa da əksəriyyətində xidmət səviyyəsi yaxşıdır.
“Özəl bağçalar tərbiyəçilərin uşaqlara qarşı davranışı məsələsində işlərini təkmilləşdirməlidir. Valideynlər düşünür ki, uşaqların təlim-tərbiyəsinə özəl bağçalarda daha düzgün yanaşılır. Özəl bağçalarda uşaqlara yanaşmada həm psixoloji, həm də metodoloji standartlar gözlənilir, onların qidasına ciddi nəzarət olunur, şəxsiyyət kimi formalaşmasına fikir verilir. Bunu göz önünə gətirən valideyn də istəyir ki, uşağı özəl bağçaya getsin”.
Törə Zeynal
Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda yayımlanır.