Eldar Əzizov Xətaidə yanğının baş verdiyi əraziyə gəlib

GÜNDƏM 24 iyl 2023, 23:21
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə baş verən yanğın yerinə gəlib.

"Report" xəbər verir ki, ərazidə yanğınsöndürmə əməliyyatları davam edir.

FHN-nin yaydığı məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın qısa müddətdə tam nəzarətə götürülüb, ətraf ərazilər üçün hər hansı təhlükə yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top