Yayda düzgün D vitamini qəbulu necə olmalıdır? — Həkim MƏSLƏHƏTİ…

SOSİAL 19 iyul 2023, 15:32
Sağlam bədəndə sağlam ruh olar deyirlər. Sağlam orqanizmçünsə vitamin qəbulu şərtdir. D vitamini immunitet, qan artımı, sümük möhkəmliyi üçün önəmlidir. 

Pediatr - endokrinoloq Sevda Novruzovanın sözlərinə görə Vitamin D-nin nə dərəcədə faydalı olması doza dərəcəsindən asılıdır. 

O, Demokrat.az-a açıqlamasında bildirib ki, vitamin D-ni bir neçə yolla qəbul edə bilərik. 

Tərkibində D vitamini olan qidalar yemək və ən əsası günəş şüaları qəbul etmək bu vitaminə olan ehtiyacımızı ödəməyin təbii yollarıdır.

S. Novruzova qeyd edib ki, səhərlər günəşli havada gəzməyən insanlar D vitaminini profilaktik dozada qəbul edə bilər:

"Orqanizmində D vitamini çatışmayan insanlar əlavə preparatlar qəbul edə bilər. Amma bunu mütləq həkim göstərişilə etmək lazımdır. İnsan özü ona lazım olan doza miqdarını bilmir. Vitamin nə qədər xeyirli olsa da artıq dozada qəbulu ziyanlı ola bilər" . 

Həkimin sözlərinə görə, D vitaminli qidaları nə qədər qəbul etsək də, gündəlik ehtiyacımızın yalnız 20 faizini qarşılaya bilərik. Qalan ehtiyatı isə günəş vannası qəbul etməklə tamamlamaq olar:

"Effektiv şəkildə D vitamini qəbulu üçün dəri kremsiz olmalı, əllərin içi və ayaqların altı günəşə sarı vəziyyətdə olmalıdır. Günəşlənərkən qollara və ayaqlara qoruyucu krem çəkməmək tövsiyə olunur. Açıq rəngli dərisi olan adamlar gündə 15-20 dəqiqə, tünd rəngli dəriyə sahib olanlarsa 30-45 dəqiqə günəş vannası qəbul edə bilər.Günəş altında daha çox qalanda, qoruyucu kremlərdən istifadə edilməlidir". 


Törə Zeynallı 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top