Ayaqqabı və çantadan çıxan kiçik paketlər görün nə işə yarayır?

MARAQLI 19 iyl 2023, 09:13
Çox vaxt yeni alınan ayaqqabı və çantaların qutusundan kiçik paketlər çıxır. Bəzi insanlar həmin paketlərin içərisində duz olduğunu düşünür.

Heç kimin anlamadığı və atdığı həmin paketlər isə əslində işimizə çox yarayır.

Bakupost.az həmin paketlərin içərisində olan silikogel haqqında məlumat təqdim edir.

Silikogel adlanan bu maddə əslində quruducu növüdür.

İstehsalçılar bəzi qida və məhsulları nəmdən qorumaq üçün həmin maddəni kiçik paketlərə yerləşdirir.

Təxminən öz çəkisinin 40 faizinə qədər nəmi udur.

Tərli, havasız və rütubətli yerdə olan ayaqqabı və çantalardan pis qoxunun təmzilənməsi üçün qoyulur.

Həmçinin, əşyaların paslanmasının qarşısını da alır.

Eyni zamanda, dərman və sənədləri də qoruya, hətta nəm telefonu öz halına qaytara bilərsiniz.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top