"Elzaya görə məni işdən çıxardırlar"

ŞOU-BİZNES 11 iyl 2023, 22:40

"Harada işləyirəm, Elzaya görə məni uzaqlaşdırıblar. Bilirlər ki, Elza yanımda yoxdur, çıxardırlar. Aramızdakı problemi bir, iki dəfə gizlədirəm. Sonra üstü açılır və deyirlər get. Qalıram ac".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahanın bacısı Lalə Seyidcahan deyib. "Bizimləsən" verilişinə qonaq olan Lalə müğənni ilə 8 ildir danışmamasının səbəbini açıqlayıb. O bildirib ki, Elzanın bacısı olduğunu biləndə, onu çalışdığı işdən qovurlar:

"Mən Elzaya ona görə əsəbiləşirəm ki, bacımız Rasiməyə dəstək olsun. Onun sənəti səninki ilə eynidir. Rasiməni kənara çəkmə, fəxr et onunla. Ondan öyrən, sənə əmr edirəm. Bu söhbəti qurtar, nəvə-nəticəyə təsir edir. Uşaqlar da əvvəlki ailəni istəyir, hara kimi qaçacaq: Gəlsin mənimlə üz-üzə otursun. Elza Seyidcahan, nə baş verir?

Son illər biz dörd bacı eybəcərləşdik. Çünki aramızda bu söz-söhbət oldu. Nə baş verdisə içimizə atdıq, açıb-ağartmağa utandıq. Dayılarımızdan utandıq".

Anası Seyidcahan Əhmədova efirə zəng edərək lalənin hərəkətini pisləyib:

"Özünü meymun gününə qoyub, efirinizə çıxıb. Elza üçün sən nə etmisən? Elzanı oxutdurmusan, yeməyini almısan, övladlarını saxlamısan? Yanında getmisən, o da sənin pulunu verib. Utanmazın biri utanmaz. Belə şey olar? Bunların məndən xəbərləri yoxdur. Elza qohumlara da mənə də, yada da yardım əlini uzadır. Lalə, nə istəyirsən Elzadan? Nə haqqın var? Səni iki universitetdə oxutdurmuşam, övladlarını evləndir. Ev alıb, ev tikdirirsən, nə istəyirsən bizdən? Bunların atasından mənə heç qaşıq da qalmayıb. Biabır olasınız sizi. Utanmırsan? Bu qədər yetim-yesir qalıb, indi Zaur sənin dərdini çəkəcək".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top