Nazirlik dərmanların qiymətlərilə bağlı təhlillər aparır

SOSİAL 06 iyl 2023, 12:39
Səhiyyə Nazirliyi mütəmadi şəkildə dərman vasitələrinin qiymətləri ilə bağlı müvafiq strukturlarla təhlillər aparır.

Demokrat.az
xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin II oxunuşda müzakirəsində deyib.

Onun sözlərinə görə, digər ölkələrin dərmanlarının qiymətləri ilə bağlı məlumat bazası toplanılır: “Biz zərurət yarandıqda Tarif Şurası ilə operativ müzakirə apararaq həll yollarını tapırıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top