“Missiyamız əmin-amanlıq və təhlükəsizlik olacaq” — Davud Gül

REGİON 08 iyn 2023, 20:43
“Bizim missiyamız xalqımızın əmin-amanlığı və təhlükəsizliyi olacaq”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İstanbul şəhərinin yeni valisi Davud Gül jurnalistlərə açıqlaması zamanı deyib.

“Şəhərin inkişaf dinamikasına uyğun layihələr hazırlamağa çalışacağıq. Bu qədim şəhərdə istanbullular üçün ediləcək hər şeyin məsuliyyətini öz üzərinə götürən insanlar bizə həmişə dəyərli və əhəmiyyətlidir. Məqsədimiz ədalət, missiyamız sülh və xalqımızın təhlükəsizliyi olacaq. Bunun üçün edilməsi lazım olanlar qanun çərçivəsində və vaxtında ən effektiv şəkildə həyata keçiriləcək. Səlahiyyət müddətimiz ərzində Prezidentimizin mənim böyük sevgim adlandırdığı istanbullulara xidmət edəcəyik”, deyə Gül bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top