"Azərbaycan son dövrlər öz xarici siyasətini ciddi şəkildə şaxələndirir. Yaxın, Orta Şərq və Asiya istiqamətində hadisələr baş verməkdədir. Region ölkələri ilə ciddi əməkdaşlıq həyata keçiririk. Bunlardan da biri Vyetnamdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə Vyetnamda belə rəsmi və yüksək səviyyəli ziyarət baş tutur".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
"Dövlət başçılarının açıqladığı kimi, ciddi müzakirə olunacaq məsələlər var. Ticarət, mədəniyyət, iqtisadiyyat, xüsusilə yaşıl enerji sahəsində investisiyaların qoyulması ilə bağlı müzakirələr aparıldı. Vyetnam son illərdə sürətlə inkişaf etməkdə olan dövlətlərdən biridir. Bu ölkə müasir texnologiyaların inkişafı ilə bağlı ciddi irəliləyişlər əldə edib. Vyetnam yerləşdiyi coğrafi mövqeyə görə, həm də cənub-şərqi Asiyadakı mövqeyinə görə önəmli ölkədir. Bu ölkələrlə münasibətlərin inkişafı Azərbaycanın və Vyetnamın maraqlarına uyğundur".
Əfsanə Kamal
Demokrat.az