Bu gün Azərbaycanın 5 oğlan boksçusu qızıl medal uğrunda döyüşəcək

İDMAN 05 oktyabr 2025, 10:11
Bu gün MDB Oyunlarında oğlan boksçular arasında final döyüşləri baş tutacaq.

Demokrat.az xəbər verir ki, Azərbaycan millisinin 5 boksçusu həlledici mərhələdə qızıl medal uğrunda rinqə çıxacaq. Final görüşlərində ölkəmizi Qardaş Rəhimov (46 kiloqram), Əli Əliyev (48 kiloqram), Əli Abaslı (52 kiloqram), Şahin Aslanov (60 kiloqram) və Səfdər Məmmədzadə (+80 kiloqram) təmsil edəcəklər.

Qeyd edək ki, daha əvvəl Əli Ruşanov (46 kiloqram), Ayxan Həsənov (50 kiloqram), Əflatun İsmiyev (57 kiloqram), Raul Heydərli (57 kiloqram), Haqverdi Həsənov (63 kiloqram), Adil Zalov (70 kiloqram), Şikar Əliyev (75 kiloqram), Toğrul Quliyev (60 kiloqram) və İsmayıl Vəliyev (80 kiloqram) yarımfinalda məğlub olaraq bürünc medalla kifayətləniblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top